Русская версия
English version

Dövlət Aerogeodeziya Müəssisəsi
Funksiyaları
Müəssisə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sifarişi ilə və kənar təşkilatlarla bağlanan müqavilələrə əsasən aşağıdakı funksiyaları həyata keçirir.

Dövlət planlan və müqavilə əsasında topogeodeziya, aerofotoplanalma, mühəndis geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı Xəritəçəkmə işlərini yerinə yetirmək;

Azərbaycan Respublikası Dövlət sərhədinin, o cümlədən, sərhəd sularının və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin redemarkasiyası və demarkasiyası işlərini yerinə yetirmək;

Respublikanın tektonik cəhətdən aktiv olan zonalarında yüksək dəqiqlikli geodeziya işlərini yerinə yetirmək, vahid koordinat və yüksəklik sistemində obyekt və sənaye komplekslərinin, şəhər və başqa yaşayış məntəqələrinin ərazisinin böyük və kiçik miqyaslarda topoqrafik plan və xəritələrin təzələnməsini və bir sıra məqsədlər üçün topoqrafik planalmanı yerinə yetirilmək;

Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya və digər işləri yerinə yetirmək;

Torpaq, su, meşə, şəhər digər kadastr işləri üçün geodeziya istinad şəbəkəsinin yaradılması, topogeodeziya və torpaq kadastrı üçün plan və xəritələrin tərtibatı işlərini yerinə yetirmək;

Nəhəng enerji obyektlərində, mühəndis texniki qurğuları üzərində yüksəkdəqiqlikli geodeziya ölçmələrini yerinə yetirmək, şəhərlərin və rayonların, digər yaşayış məntəqələri sərhədlərinin və gələcək inkişaf perspektivlərinin təyin edilməsi üçün xüsusi topoqrafik xəritələrin hazırlanması;

Kosmik şəkillərdən istifadə edərək, xəritəçəkmə işlərinin təşkili, yeni texnika və texnologiyanı istehsalata tətbiq etmək;

Sahə standartlarına uyğun olaraq, topogeodeziya məlumatlarını hazırlamaq və sərəncamda olan texnika və avadanlıqların təmiri işlərini həyata keçirmək;

Respublika ərazisində yerləşən dövlət geodeziya şəbəkəsinin ardıcıl olaraq yoxlanılması, yeniləşdirilməsi, daima yararlı vəziyyətdə saxlanılmasını təmin etmək, dəniz şelfinin müxtəlif miqyaslarda plana alınması;

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində beynəlxalq təşkilatlarla, xarici ölkələrlə texniki əməkdaşlıq edilməsi, onların təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada xarici ölkələrin ərazisində topogeodeziya və kartoqrafiya işlərinin icrası;

Qanunvericilikdə müəyyən edilmiş qaydada müəssisə işçilərin

attestasiyasını, kadrların hazırlanması, kargüzarlıq işinin təşkili, Dövlət

Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həvalə olunmuş digər

funksiyaları həyata keçirir.

Axtarış sistemi
Azərbaycan Portalı
Azərbaycan xalqının ümummilli liderinin saytı
Azərbaycan Respublikası Prezidentinin saytı
Beynəlxalq Kartoqrafiya Assosiasiyası