Русская версия
English version

Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Vəzifələri
Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sifarişlərinə, göstərişlərinə və Komitənin razılığı ilə bağladığı müqavilələrə uyğun olaraq istehsalat, layihə və elmi tədqiqat fəaliyyətini həyata keçirir. Mərkəz sifarişlər əsasında torpaq islahatı, torpaq kadastrı, monitorinqi, qeydiyyatı və s. sahələrdə iş aparmaqla yanaşı, bu sahələrlə bağlı informasiya bazasının yaradılması, yeni geoinformasiya texnologiyasının əldə olunması və tətbiqi, müvafiq müasir avadanlıqlar bazasında özünün texnoloci proseslərini təkmilləşdirmək istiqamətində fəaliyyət göstərir

Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sifarişlərinə, göstərişlərinə və onun razılığı ilə başqa hüquqi, fiziki şəxslərin sifarişi əsasında aşağıdakı vəzifələri həyata keçirir:

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə müxtəlif təşkilat və qurumlarla təsərrüfat, əməkdaşlıq, tədqiqat, layihələşdirmə və s. müqavilələrin bağlanmasını;

Torpaq kadastrı məqsədilə geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin yerinə yetirilməsini;

Torpaq kadastrı, torpaqların girov qoyulması, dəyişdirilməsi, alqı-satqısı və s. əməliyyatların, habelə torpaq qeydiyyatının informasiya bazasının yaradılması və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu informasiyadan istifadənin təmin edilməsi;

Kadrların seçilməsini və yerləşdirilməsini, əmək qanunvericiliyinə və əməyin mühafizəsinə əməl olunmasını, işçilərin peşakarlığının artırılması üçün tədbirlər görülməsini;

İstehsal sahəsinə texniki təsərrüfat rəhbərliyinin aparılmasını, istehsal bölmələri tərəfindən yerinə yetirilən işlərə nəzarət edilməsini və onların qəbul olunmasını, təsdiq edilməsini, əmək intizamının möhkəmləndirilməsini;

Mövcud qanunvericiliyə uyğun olaraq rüblük və illik hesabatların (istehsalat, təsrrüfat və maliyyə fəaliyyəti haqqında) tərtib edilməsini və aidiyyatı üzrə təqdim olunmasını;

Mərkəzin fəaliyyəti ilə əlaqədar olaraq ayrı-ayrı istehsalat işlərinin norma və qiymətlərinin, müvafiq təlimatların hazırlanıb təsdiq üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməsini.

Axtarış sistemi
Azərbaycan Portalı
Azərbaycan xalqının ümummilli liderinin saytı
Azərbaycan Respublikası Prezidentinin saytı
Beynəlxalq Kartoqrafiya Assosiasiyası