Mərkəz onun tərkibinə daxil olan struktur bölmələrinə rəhbərlik edir və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə müxtəlif sifarişlərə əsasən ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
Müasir texnologiyaya uyğun olaraq dəqiqləşdirilmiş yerquruluşu planlarının və müxtəlif xəritəşünaslıq materiallarının elektron avadanlıqlarının köməyi ilə informasiya sistemlərinin yaddaşına köçürülməsi və tərtibi;
İslahat işləri aparılan təsərrüfatların yerquruluşu planlarının informasiya sistemlərinin yaddaşına köçürülməsi;
Torpaq islahatı aparılan təsərrüfatlarda tərtib edilmiş ilkin sənədlərə əsasən torpaq paylarının bölgüsünün aparılmasında iştirak etmək;
Yekun yerquruluşu layihələrinin çap olunması və yerə köçürmə layihələrinin hazırlanması;
Torpaq islahatı aparılmış təsərrüfatlarda müasir avadanlıqlar vasitəsilə mülkiyyət formaları (dövlət, bələdiyyə və xüsusi) üzrə xəritələrin tərtibi;
Dövlət, bələdiyyə və özəlləşdirilmiş torpaqlar haqqında informasiyaların toplanması;
Torpaq üzərində hüquqlar haqqında məlumatların toplanması;
Torpaqların mülkiyyət formaları üzrə elektron xəritələrin sistemli şəkildə toplanması;
Torpağın özgəninkiləşdirilməsi, icarəyə verilməsi, girov qoyulması, alqı-satqısı, dəyişdirilməsi, bağışlanması, vərəsəlik qaydasında verilməsi və s. əqdlər üzrə hüquqi sənədlərin hazırlanıb çap edilməsi;
Torpaq sahələri, onların mülkiyyətçiləri, istifadəçiləri və s. haqqında arayışların verilməsi;
Torpaq monitorinqinin avtomatlaşdırılmış informasiya sistemi əsasında aparılması;
Müasir avadanlıqlardan istifadə etməklə, Torpaq kadastrı məqsədilə layihə-axtarış, geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin yerinə yetirilməsi;
Torpaq kadastrı xəritələrinin hazırlanması məqsədilə aerofotoşəkillərdən və kosmosdan çəkilmiş şəkillərdən istifadə etməklə elektron formatlı (rəqəmli) xəritəşünaslıq materiallarının tərtibi;
Müasir avadanlıqlar vasitəsi ilə toplanmış məlumatlara əsasən elektron-kadastr xəritələrinin tərtibi;
Torpaq islahatı və torpaqla bağlı digər tədbirlərin həyata keçirilməsində geoinformasiya sistemləri texnologiyalarının tətbiq edilməsi;
Torpaq kadastrı məqsədilə müasir analitik stereo plotterlərdən istifadə etməklə elektron xəritələrin tərtibi və çapı;
Dövlət torpaq kadastrının və monitorinqinin aparılması ilə əlaqədar elmi-tədqiqat işlərinin həyata keçirilməsi;
Torpaqşünaslıq, ekologiya, rekultivasiya, meliorasiya, torpaq erroziyası və s. sahələrdə elmi mövzuların yerinə yetirilməsi;
Mülkiyyət formalarından asılı olmayaraq torpaqlardan istifadə vəziyyətinin öyrənilməsi və müvafiq elmi təkliflərin hazırlanması;
Torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsi istiqamətində elmi araşdırmaların aparılması;
Torpaqların münbitliyinin qorunması, artırılması və münbitlik modellərinin yaradılması üzrə tədqiqatların aparılması;
Ekoloci vəziyyətin öyrənilməsi və proqnozlaşdırılması məqsədilə müxtəlif xəritəşünaslıq materiallarının hazırlanması və elmi təhlili;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olan müəssisələrlə birlikdə torpaq islahatının həyata keçirilməsi, torpaqdan səmərəli istifadə olunması və onun mühafizəsi, geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlarla, xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edilməsi;
Torpaq məlumat bankının və avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması, təkmilləşdirilməsi;
Torpaq sahələri, onların mülkiyyətçiləri, istifadəçiləri haqqında informasiyaların toplanması, sistemləşdirilməsi və onlardan istifadənin təmin edilməsi;
İstehsal prosesinin müasirləşdirilməsini, əmək məhsuldarlığının artırılmasını və maya dəyərinin aşağı salınmasını;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə xarici və yerli hüquqi və fiziki şəxslərlə müvafiq işlərin yerinə yetirilməsi üçün müəyyən edilmiş qaydada müqavilələrin bağlanmasını;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olan müəssisələrlə birlikdə torpaq kadastrı, monitorinqi, yerquruluşu, geodeziya, kartoqrafiya və ekologiya sahəsində aktual elmi mövzuların yerinə yetirilməsi məqsədilə alimlər və təcrübəli mütəxəssislərdən ibarət elmi-tədqiqat qruplarının yaradılmasını;
Əmək kollektivi üzvlərinin sosial və iqtisadi həvəsləndirilməsi üçün gələn gəlirlərin realizə edilməsini.