Mərkəz öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
Mərkəz, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə görülən işlərin həcmindən, növündən, yerinə yetirilmə müddətindən asılı olaraq struktur bölmələrinin sayını və tərkibini dəyişə və təsərrüfat hesablı bölmələr yarada bilər;
Mərkəz, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərəncamında olan avadanlığı, nəqliyyat vasitələrini, inventarları başqa müəssisələrə, təşkilatlara və idarələrə haqqı ödənilməklə icarəyə vermək və ya balansdan silmək hüququna malikdir;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə beynəlxalq layihələrin həyata keçirilməsində, qrantlar alınmasında, tender və müsabiqələrdə iştirak edilməsi;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə yerli və xarici hüquqi, fiziki şəxslərlə qüvvədə olan qanunvericiliyə riayət etməklə təsərrüfat müqavilələri, sazişlər və digər razılaşmalar bağlaya bilər;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə Mərkəz əməkdaşlarını öz hesabına və cəlb edilmiş vəsait hesabına layihə və proqramların yerinə yetirilməsində iştirak etmək, bu sahədə bilikləri təkmilləşdirmək, habelə xarici müəssisə, təşkilat və firmaların iş təcrübəsini öyrənmək üçün xarici ölkələrə ezamiyyəyə göndərə bilər;
Müasir texnologiyalara yiyələnmək üçün proqramlar paketinin hazırlanması və sifariş verilməsi;Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həvalə olunmuş digər hüquqları həyata keçirmək.