Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sifarişi və başqa təşkilatlarla bağlanmış müqavilələr əsasında topoqrafik, müxtəlif ümumcoğrafi, tematik, elmi, tarixi xəritə və atlasların tərtibatı və nəşri. həmçinin ayrı-ayrı sifarişçilərin vəsaiti hesabına müqavilə işlərinin yerinə yetirilməsinə smeta xərcləri tərtib edərək müxtəlif nəşr işlərinin görülməsini təşkil edir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi əsasında müxtəlif miqyaslı topoqrafik xəritələrin nəşri və istehsal prosesində dövlət sirrinin qorunmasının təşkili;
Tədris proqramlarına uyğun xəritə və atlasların, kontur xəritələrinin və başqa dərs vəsaitlərinin tərtibatı. nəşri və satışının təşkili;
Tələbata uyğun olaraq plastik qlobusların hazırlanması, inzibati, fiziki, relyef və müxtəlif tematik xəritə və atlasların nəşri, satışının təşkili, fiziki və hüquqi şəxslərin sifarişləri ilə kitab, jurnal, buklet, qəzet, plakat, barelyef, yarlıqlar və s. nəşrlərin, mövcud qanunvericiliyə uyğun qiymətli kağızların, aksiya, lotereya biletlərinin və ciddi hesabat blanklarının çapı və nəşri;
Dövlət əhəmiyyətli coğrafi məlumat sisteminin yaradılmasında iştirak etmək, ümumcoğrafi, siyasi-inzibati və digər məlumatlar blankının yaradılmasının təşkili;
Kartoqrafiya və poliqrafiya sahəsində mövcud olan normativ-texniki sənədlər əsasında fabrikin fəaliyyətində istifadəsi zəruri olan normativ-texniki sənədləri hazırlamaqla istehsalatda tətbiqinin təmin edilməsinə nail olmaq;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kartoqrafiya fondunun xəritə materialları ilə mütəmadi təminatında bilavasitə iştirak etmək;
Yeni texnika və texnologiyanın istehsalatda tətbiqinə nail olmaqla müasir tələblərə cavab verən xəritələrin nəşrinin təmin edilməsini həyata keçirmək;
Ayrı-ayrı istehsalat işlərinin Həmkarlar Komitəsi ilə razılaşdırılmış norma və qiymətlərinin tərtib edilməsi, işlərin yerinə yetirilməsinə texniki köməklik etmək məqsədi ilə təlimatların hazırlanması və onların təsdiqi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməsini təmin etmək;
Mövcud qanunvericiliyə uyğun olaraq rüblük və illik hesabatların (istehsalat, təsərrüfat və maliyyə fəaliyyəti haqqında) tərtib edilməsi və müvafiq orqanlara göndərilməsini təşkil etmək;
Nəşr edilən xəritə və atlasların coğrafi əsasının və xüsusi məzmunun müasirliyini təmin etmək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.