Fabrik əsas vəzifələrinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilmiş dövlət sifarişlərinin yerinə yetirilməsini təmin edir;
Ölkə iqtisadiyyatının inkişafında, müdafiə və təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən kartoqrafiya sahəsində dövlətin qərar və sərəncamlarının həyata keçirilməsini təmin edir;
Müstəqil müqavilə və öhdəliklərə müvafiq olaraq istehsal-təsərrüfat planını hazırlayır, təsdiq edir və yerinə yetirilməsini təmin edir;
Fabrik kartoqrafiya sahəsində nəşriyyat funksiyasını həyata keçirir, müxtəlif ümumcoğrafi, siyasi-inzibati, elmi, tarixi, turist və s. xəritə və atlasların tərtibatı, redaksiya, nəşrə hazırlıq və nəşr işlərini yerinə yetirir, bütün nəşrlərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya xidmətləri göstərir;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı əsasında və qüvvədə olan qanunvericiliklə müəyyən edilən şərtlər daxilində xarici-iqtisadi fəaliyyət həyata keçirir;
Qarşılıqlı razılaşma yolu ilə fabrikin marağı çərçivəsində hüquqi və fiziki şəxslərlə , Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı əsasında xarici firmalarla müştərək nəşrlərin hazırlanmasını və buraxılmasını təşkil edir;
Azərbaycan Respublikasının Nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Elmi-tədqiqat institutları, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı əsasında beynəlxalq təşkilatlar və xarici ölkələrlə, elm adamları və mütəxəssisləri ilə sıx əməkdaşlıq edir, tədris, xəritə və atlasların tərtibatını. məzmununu birgə işləyir və nəşr edir;
Fabrik Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı ilə şəhər. respublika və beynəlxalq sərgi və yarmarkalarında ixtisaslaşdırılmış sərgilər, auksionlar, simpoziumlar və s. təşkil Edir və iştirak edir;
Maddi-texniki sərvətlərin və avadanlıqların ehtiyatla və səmərəli istifadəsinə nəzarət edir, onlardan məqsədyönlü istifadə etmək üçün tətbiq olunan yeni texnologiya. əməyin elmi təşkili formalarına dair perspektiv planlar tərtib edir və həmin planların yerinə yetirilməsini təşkil edir;
Kartoqrafiya və poliqrafiya sahəsində istifadə olunan müasir alət, cihaz və maşınların tətbiqi üçün şərait yaradır və tədbirlər görür;
Fabrik maliyyə-təsərrüfat fəaliyyətinin təftişi və uçotu məqsədilə xüsusiləşdirilmiş təşkilatların xidmətlərindən istifadə edir;
Fabrik əməyin mühafizəsi, təhlükəsizlik texnikası istehsalat sanitariya və gigiyena qaydalarının təmin edilməsi üzrə tədbirlər planı həyata keçirir. fəhlələrə və ixtisaslı kadrlara dərəcələr verir və dövlət müəssisələri üçün qoyulmuş normalara görə onların peşə tərkibini müəyyənləşdirir;
Qanunvericilikdə müəyyən edilmiş qaydada fabrikin işçilərinin attestasiyasının keçirilməsi, kadrların hazırlanması ixtisaslarının artırılmasını təşkil edir;
Qanunvericilikdə müəyyən olunmuş qaydada kargüzarlıq işini təşkil edir, müəssisə ilə bağlı məsələlərin həllinə dair ərizə. şikayət və təkliflərə baxır. öz səlahiyyətləri daxilində həmin məsələləri həll edir və təkliflər hazırlayır.