Fabrik öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
Qanunvericilikdə müəyyən edilmiş qaydada öz səlahiyyətlərinə aid olan məsələlərə dair texniki-normativ sənədlər qəbul etmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təkliflər vermək;
Öz istehsalı olan xəritə və poliqrafiya məhsullarının nağd və köçürmə yolu ilə hüquqi və fiziki şəxslərə satışını təşkil etmək;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılığı əsasında kartoqrafiya və poliqrafiya sahəsində kadrların hazırlanması məqsədilə ölkəmizin. eləcədə digər dövlətlərin təhsil müəssisələri ilə müqavilələr bağlamaq;
Fabrikdə çalışan mütəxəssislərin ixtisaslarının və bilik səviyyələrinin artırılması məqsədilə onların yeni və qabaqcıl texnologiyalara malik olan müəssisələrə göndərişini təşkil etmək;
Fabrikin mütəxəssisləri tərəfindən hazırlanmış və istehsal etdiyi bütün növ kartoqrafiya məhsullarına müəlliflik hüququ almaq;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həvalə olunmuş digər hüquqları həyata keçirmək.