İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sifarişi, göstərişləri və razılığı ilə başqa təşkilatlarla bağlanmış müqavilələr əsasında istehsalat, layihə və tədqiqat fəaliyyətini həyata keçirir, yerquruluşu, torpaq islahatı, xüsusi təyinatlı topoqrafiya, torpaq kadastrı, torpaq tədqiqatı, aqrokimyəvi, geobotaniki tədqiqatlar, torpaqların ekologiyası və rekultivasiyası, münbitliyinin bərpası və artırılmasına dair layihələrin hazırlanması və digər layihə axtarış işlərinin yerinə yetirilməsi üçün illik maliyyə planı, həmçinin ayrı-ayrı sifarişçilərin vəsaiti hesabına müqavilə işlərinin yerinə yetirilməsinə smeta xərcləri tərtib edərək aşağıdakı işlərin görülməsini təşkil edir:
1. İstehsalat sahəsində texniki-təsərrüfat rəhbərliyinin aparılmasını, istehsalat bölmələri tərəfindən yerinə yetirilən işlərə nəzarət edilməsini və onların qəbul olunmasını, naryad və hesabatların baxılmasını və onların təsdiq edilməsini, əmək intizamının möhkəmləndirilməsini;
2. Layihə-axtarış işlərində istehsalat proseslərinin müasir standartlara uyğunlaşdırılmasını, əl işlərinin mexanikləşdirilməsini, əmək məhsuldarlığının artırılmasını və maya dəyərinin aşağı salınmasını;
3. İnstitutun fəaliyyəti ilə əlaqədar olaraq ayrı-ayrı istehsalat işlərinin Həmkarlar Komitəsi ilə razılaşdırılmış norma və qiymətlərinin tərtib edilməsi, işlərin yerinə yetirilməsinə texniki köməklik etmək məqsədilə təlimatların hazırlanması və onların təsdiq edilməsi üçün Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməsini;
4. Yerquruluşu Layihələrinin yerə (naturaya) keçirilməsinə texniki nəzarət edilməsini;
5. Mövcud qanuvericiliyə uyğun olaraq rüblük və illik hesabatlırın (istehsalat, təsərrüfat və maliyyə fəaliyyəti haqqında) tərtib edilməsini və müvafiq orqanlara təqdim olunmasını;
6. Torpaq istifadəçiləri və mülkiyyətiçiləri ilə, eləcə də Respublika tabeçiliyində olan subpodrat təşkilatlarla yerquruluşu, torpaq tədqiqatı layihə- axtarış və digər işlərin yerinə yetirilməsi üçün müəyyən edilmiş qaydada müqavilələrin bağlanılmasını;
7. Kadırların çeçilməsini və yerləşdirilməsini, onların maddi cəhətdən həvəsləndirilməsini, əmək qanunvericiliyinə və əməyin mühafizəsinə əməl olunmasını, işçilərin texniki peşə vərdişlərinin artırılması üçün kursların təşkil edilməsini;
8. Qanunvericilikdə qadağan olunmayan vəzifələrin icrasını.