Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İnstituta Azərbaycan Respublikasında torpaq islahatının həyata keçirilməsi ilə əlaqədar və digər regional problemlərlə bağlı Dövlət proqramlarına müvafiq olaraq icra hakimiyyəti orqanlarının qərarlarına, bələdiyyələrin qərarları və təşəbbüsünə və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişlərinə əsasən aşağıdakı funksiyaları həyata keçirir:
1. Kompleks və təsərrüfatdaxili yerquruluşu layihələrinin hazırlanması;
2. Torpaq ehtiyatlarından səmərəli istifadə olunması və onların mühafizəsi torpaqların münbitliyinin bərpası və artırılması ilə əlaqədar yerquruluşu layihələrinin və digər sənədlərin hazırlanması;
3. Xüsusi təbiəti mühifizə, istirahət və qoruq rejimləri olan ərazilərin ayrılmasının və sərhədlərinin müəyyən edilməsi və onların təsviri;
4. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri hüdudlarının müəyyən edilməsi və dəyişdirilməsinə dair sənədlərin hazırlanması;
5. Vahid koordinat və yüksəklik sistemində şəhər və başqa yaşayış məntəqələrinin ərazisində 1:2000 və daha böyük, açıq ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik planların, xəritələrin təzələnməsini və çoxməqsədli topoqrafik planalmasının yerinə yetirilməsi;
6. Ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə Respublika və regional əhəmiyyətli proqramların və proqnozların, habelə bu proqramların həyata keçirilməsi üçün yerquruluşu sxemlərinin hazırlanması;
7. Torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, torpağa mülkiyyət və torpaqdan istifadə hüququna dair sənədlərin təsdiq edilməsi;
8. Müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə xüsusi təyinatlı topoqrafiya, mühəndis-geodeziya, topoplanalma işlərinin, torpaq, aqrokimya, geobotanika, digər tədqiqatların və axtarışların aparılması;
9. Torpaqların texniki uçotunun (inventarlaşdırılmasının) aparılması, istifadəsiz, habelə səmərəli və ya məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi;
10. Torpaqların vəziyyəti və istifadəsi üzrə plan və xəritələrin tərtib edilməsi;
11. Torpaqların qiymətləndirilməsi üzrə müvafiq iqtisadi və texniki tədbirlərin aparılması;
12. Təbii və antropogen proseslər nəticəsində korlanmış torpaqların rekultivasiyası ilə bağlı layihə-axtarış, elmi-tədqiqat və təcrübi-eksperimental işlərinin aparılması;
13. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin göstərişləri və ya razılığı əsasında torpaq islahatının, yerquruluşu, torpaqların ekologiyası və rekultivasiyası, torpaq kadastrı və digər çöl-tədqiqatı işlərinin həyata keçirilməsi sahəsində qanunvericilikdə müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlarla, xarici ölkələrlə texniki əməkdaşlıq edilməsini, onların təcrübəsinin, öyrənilməsi və tətbiq edilməsini, qanunvericilikdə nəzərdə tutulmuş qaydada xarici ölkələrin ərazisində yerquruluşu və torpaq kadastrına dair çöl tədqiqat işlərinin aparılması;
14. Fiziki və hüquqi şəxslərin sifarişi ilə torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi;
15. Torpaq vergisi dərəcələrinin müəyyənləşdirilməsi üçün kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi;
16. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sifarişi ilə münbitlik xassələrini itirmiş torpaqların texniki uçotunun aparılması, onların kənd təsərrüfatı dövrüyyəsinə cəlb edilməsi barədə təkliflərin hazırlanması;
17. Qanunvericilikdə müəyyən edilmiş qaydada İnstitutun işçilərinin attestasiyasının keçirilməsi, kadrların hazırlanması və ixtisaslarının artırılması;
18. Qanunvericilikdə müəyyən olanmuş qaydada kargüzarlıq işinin təşkil edilməsi, yerquruluşu, topoqrafiya torpaqla bağlı digər məsələlərin həllinə dair ərizə, şikayət və təkliflərə öz səlayihətləri daxilində baxılması və həll edilməsi;
19. Öz vəzifələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaların həyata keçirilməsi.