İnstitut öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
1. Qanunvericilikdə müəyyən edilmiş qaydada öz səlahiyyətlərinə aid olan məsələlərə dair işləri icra edərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdəiyyələr, hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan normativ-hüquqi aktlar qəbul etmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təkliflər vermək;
2. Həyata keçirdiyi yerquruluşu, topoplanalma, torpaq kadastrı və digər çöl-tədqiqat işləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin torpaq qanunvericiliyinin tələblərinə uyğun gəlməyən qərarlarının dayandırılması və ya ləğv edilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qarşısında məsələ qaldırmaq;
3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həvalə olunmuş digər hüquqları həyata keçirmək.