 |
Dövlət Torpaq Komitəsi 17 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 54 saylı Fərmanı ilə yaradılmışdır. DTK 1996-cı ildən başlayaraq, əsası böyük Dövlət xadimi Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, yəni 1992-ci ildə Muxtar Respublikanın Culfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuş torpaq islahatlarının bütünlükdə respublika ərazisində həyata keçirilməsini icra etməyə başlamışdır. 2001-ci ildə ölkədə aparılan struktur islahatları çərçivəsində Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi ləğv edilərək onların bazasında Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 460 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. |
|
Ətraflı... |
2012-01-23. BAKI ŞƏHƏRİNİN TURİST ATLASI ÇAP EDİLDİ
Ölkə prezidenti İlham Əliyevin 2011-ci ili “Turizm ili” kimi elan etməsi ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabriki 3 dildə (azərbaycan, rus və ingilis dillərində) Bakı şəhərinin Turist Atlasını hazırlayıb çap etmişdir.
Ətraflı...

2012-01-19. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLDİ
Yanvar ayının 19-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi və struktur vahidlərinin işçiləri iştirak etmişlər.
Ətraflı...

2012-01-06. MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIM EDİLDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş...
Ətraflı...

2011-12-15. AZƏRBAYCAN TORPAQŞÜNASLAR CƏMİYYƏTİNİN 3-CÜ QURULTAYI ÖZ İŞİNƏ BAŞLADI
Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin Azərbaycan Respublikasının müstəqilliyinin 20 illik yubileyinə həsr olunmuş 3-cü Qurultayı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Heydər Əliyev Torpaq İslahatı Məktəbi”ndə 15 dekabr 2011-ci il tarixdə öz işinə başlamışdır.
Ətraflı...

2011-11-23. QANUNSUZ TİKİLİLƏRİN SƏNƏDLƏŞDİRİLMƏSİ BARƏDƏ QANUN LAYİHƏSİ HAZIRLANIB
“Azərbaycan prezidentinin bu ilin əvvəlində verdiyi sərəncama uyğun olaraq qanunsuz tikililərin sənədləşdirilməsi barədə qanun layihəsi hazırlanıb” – bu haqda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.
Ətraflı...

2011-11-10. QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİNƏ YARDIM EDİLDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullugunun artırılması üzrə Dövlət Proqramı”nın 2.23-cü bəndinə uyğun olaraq...
Ətraflı...

2011-11-03. DÖVLƏTLƏRARASI ŞURANIN XXXII SESSİYASI KEÇİRİLDİ
26-29 oktyabr 2011-ci il tarixlərində Soçi şəhərinin Krasnaya Polyana qəsəbəsində Müstəqil Dövlətlər Birliyinin geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə dövlətlərarası şuranın XXXII sessiyası keçirilmişdir.
Ətraflı...

2011-10-31. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK ETMİŞDİR
2011-ci ilin 25-29 oktyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfərdə olmuşdur. Səfər Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz Məsələləri üzrə Nazirliyi və Kadastr Çəkilişləri Korporasiyasının dəvəti ilə həyata keçirilmişdir.
Ətraflı...

2011-10-17. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ “ANLAŞMA PROTOKOLU” İMZALANDI
Oktyabrın 17-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Heydər Əliyev Torpaq İslahatı Məktəbində Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz Məsələləri üzrə Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi arasında Coğrafi İnformasiya Məkanı sahəsində “Anlaşma Protokolu”nun imzalanma mərasimi keçirilmişdir.
Ətraflı...

2011-10-13. “GEODEZİYA VƏ KARTOQRAFİYANIN İNKİŞAFI VƏ PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ
Oktyabrın 12-də Dövlət Aerogeodeziya Müəssisəsinin və Bakı Kartoqrafiya Fabrikinin yerləşdiyi inzibati binada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Geodeziya və Kartoqrafiyanın inkişafı və perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirildi.
Ətraflı...

2011-10-10. “HEYDƏR ƏLİYEV TORPAQ İSLAHATLARININ AZƏRBAYCANIN 20 İLLİK İNKİŞAF TARİXİNDƏ ROLU” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ
Oktyabr ayının 10-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin «Heydər Əliyev torpaq islahatları Məktəbi»ndə Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi və Dövlət Yerquruluşu Layihə İnstitutu «Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu» mövzusunda elmi-praktik konfrans keçirildi.
Ətraflı...

2011-10-10. AZƏRBAYCAN MDB-DƏ MÜKƏMMƏL TORPAQ İSLAHATLARI MODELİ YARADIB
7 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyinə həsr olunmuş «Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu» mövzusunda konfrans keçirilib.
Ətraflı...

2011-10-10. BAKIDA “MÜSTƏQİL AZƏRBAYCAN 20 İLDƏ”ADLI MİLLİ SƏRGİ KEÇİRİLMİŞDİR
Sentyabrın 27-də Bakı Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan 20 ildə" adlı milli sərgi keçirilmişdir.
Ətraflı...

2011-09-20. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ “HEYDƏR ƏLİYEV TORPAQ İSLAHATLARININ AZƏRBAYCANIN 20 İLLİK İNKİŞAF TARİXİNDƏ ROLU” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
20 sentyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Heydər Əliyev torpaq islahatları Məktəbi”ndə “Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Ətraflı...

2011-09-02. “SAMUR-YALAMA MİLLİ PARKI”NIN VƏ “SAMUR-YALAMA DÖVLƏT TƏBİƏT YASAQLIĞI”NIN YARADILMASI İLƏ ƏLAQƏDAR HƏMİN ƏRAZİLƏRİN XƏRİTƏLƏRİNİN HAZIRLANMASI İLƏ BAĞLI TƏQDİMAT KEÇİRİLMİŞDİR
27 avqust 2011-ci il tarixində “Samur-Yalama Milli Parkı” və “Samur-Yalama Dövlət Təbiət yasaqlığı”nın yaradılması ilə bağlı yerinə yetirilmiş ilkin işlərin təqdimatı keçirilmişdir.
Ətraflı...

2011-09-01. MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİNƏ RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ YARDIM EDİLDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullugunun artırılması üzrə Dövlət Proqramı”nın 2.23-cü bəndinə uyğun olaraq...
Ətraflı...

2011-07-25. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ
22 iyul 2011-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Milli Mətbuat günü münasibətilə tədbir keçirildi. Komitənin sektor müdiri Lətif Qasımov Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yolundan danışaraq qeyd etdi ki...
Ətraflı...

2011-07-19. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ “COĞRAFİ İNFORMASİYA MƏKANI” ADLI SEMİNAR KEÇİRİLDİ
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz Məsələləri üzrə Nazirliyi “Coğrafi informasiya məkanı” adlı seminar keçirdi. Tədbirdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Lee Ji Hala yanaşı səfirliyin müşaviri Kim Yong Seog, Koreya Respublikasının Torpaq, Nəqliyyat və Dəniz Nazirliyinin, Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (KOİCA), Koreya Kadastr Araşdırma Korparasiyasının (KCSC), Koreyanın SK C&C Şirkətinin, AMEA İnformasiya Texnologiyaları İnstitutunun, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasınin nümayəndələri də iştirak edirdi.
Ətraflı...

2011-07-15. “COĞRAFİ İNFORMASİYA MƏKANI” ADLI SEMİNAR KEÇİRİLƏCƏK
2011-ci ilin 19 iyul tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində “Coğrafi informasiya məkanı” adlı seminar keçiriləcək.
Ətraflı...

2011-06-29. YERİN MƏSAFƏDƏN TƏDQİQ EDİLMƏSİ VƏ KOSMİK SAHƏDƏ
ƏMƏKDAŞLIQLA BAĞLI TOPLANTI KEÇİRİLMİŞDİR
Cari ilin 23-24 iyun tarixlərində Belarusiya Respublikasının paytaxtı Minsk şəhərində MDB-yə üzv olan ölkələrin Yerin məsafədən tədqiq edilməsi və kosmik sahədə gələcək inkişaf naminə əməkdaşlıqla bağlı toplantısı keçirilmişdir.
Ətraflı...

2011-06-29. VEND İREN VİLYAMSON DÖVƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ OLMUŞDUR
2011-ci ilin 20-21 iyun tarixlərində Böyük Britaniyanın Geospatial kitabxanasının əməkdaşı Vend İren Vilyamson Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq məktubuna uyğun olaraq digər dövlət qurumları ilə yanaşı Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsində də olmuşdur.
Ətraflı...

2011-06-16. XƏRİTƏ GENEL KOMUTANLIĞININ BAKIYA SƏFƏRİ GÖZLƏNİLİR
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xəritəçilik sahəsində təhsil, texniki və elmi əməkdaşlıq haqqında sazişdən irəli gələn tədbirlərlə əlaqədar...
Ətraflı...

2011-06-14. DÖVLƏT SƏRHƏDLƏRİNİN DELİMİTASİYASI İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı cari ilin iyun ayının ilk yarısında hər iki dövlətin işçi qrupu səviyyəsində görüş keçirilmişdir.
Ətraflı...

2011-05-27. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİNƏ YARDIM ETDİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullugunun artırılması üzrə Dövlət Proqramı”nın 2.23-cü bəndinə uyğun olaraq...
Ətraflı...

2011-05-26. BAKI KARTOQRAFİYA FABRİKİNDƏ BAKI ŞƏHƏRİNİN TURİST ATLASI NƏŞRƏ HAZIRLANIR
Azərbaycan Respubliksaının Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində Bakı şəhərinin Turist Atlası nəşrə hazırlanır. 100 səhifədən ibarət olacaq bərk cildli atlasın formatı 21,5x30,0 sm-dır.
Ətraflı...

2011-05-25. ABŞERONUN 10 MİN HEKTAR TORPAĞI BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN İDARƏETMƏSİNƏ VERİLİB
Torpaq və Xəritəçəkmə Komitəsinin torpaqlardan istifadə və onların mühafizəsində, geodeziya və xəritəçəkmə işlərinə dövlət nəzarəti şöbəsinin müdiri Lütfi Məhərrəmovun Lent.az-a verdiyi məlumata görə...
Ətraflı...

2011-05-25. VARŞAVA ŞƏHƏRİNDƏ “AZƏRBAYCAN-POLŞA BİZNES FORUMU” KEÇİRİLƏCƏK
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin dəstəyi və Polşa Respublikasının İnformasiya və İnvestisiya Agentliyinin təşkilatçılığı ilə cari ilin 05-12 iyun tarixlərində Varşava şəhərində “Azərbaycan-Polşa Biznes Forumu”nun keçirilməsi nəzərdə tutulur.
Ətraflı...

2011-05-25. İŞÇİ QRUPUNUN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB
2011-ci ilin 12-14 may tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Geodeziya, Kartoqrafiya, Kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə Dövlətlərarası Şuranın naviqasiya və geoməkan infrastrukturu məlumatları konsepsiyasının yaradılması üzrə İşçi Qrupunun növbəti toplantısı keçirilib.
Ətraflı...

2011-05-03. HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 88 İLLİYİNƏ TÖHFƏ
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Qərib Məmmədovun Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin anadan olmasının 88 illiyinə ithaf olunmuş "Azərbaycanda Aqrar islahatlar: Tənəzzüldən Ərzaq Təhlükəsizliyinə qədər" kitabı çap olunmuşdur.
Ətraflı...

2011-04-28. SAZİŞƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA PROTOKOL LAYİHƏSİ RAZILAŞDIRILDI
Belarusiyanın paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçıları olan dövlətlərin geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən öyrənilməsi sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokolun layihəsinin razılaşdırılması və tamamlanması üzrə ekspert qrupunun əlavə iclası keçirilmişdir.
Ətraflı...

2011-04-28. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNİN SƏDRİ QƏRİB MƏMMƏDOV ANS ŞİRKƏTLƏR QRUPUNUN “NƏZƏR NÖQTƏSİ” VERLİŞİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Sual 1. - Azərbaycanın torpaq fondunun strukturu necədir, əkinə yararlı torpaqlar bu strukturda neçə hektar təşkil edir və torpaq islahatının birinci mərhələsi hansı vəziyyətdədir?
Ətraflı...

2011-04-28. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ
TVİNNİNG (EYNİLƏŞDİRMƏ) LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLDİ
28 aprel 2011-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Heydər Əliyev Torpaq İslahatı Məktəbində” “Avropa İttifaqının Azərbaycan Respublikası üzrə xarici əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında torpaq qeydiyyatı sistemi, xüsusi ilə torpağların qiymətləndirilməsi sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Tvinning (eyniləşdirmə) Layihəsi” nin təqdimat mərasimi keçirildi.
Ətraflı...

2011-04-21. “AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ ATLASI”NIN NƏŞRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından etibarən ötən iyirmi il ərzində xalqımızın ictimai-siyasi və elmi-mədəni həyatı ilə bağlı nailiyyətləri əks etdirən mühüm əhəmiyyətə malik bir sıra nəşrlər işıq üzü görmüşdür. Bununla yanaşı, respublikamıza aid xəritələr mövcud akademik nəşrlərdə lazımınca əhatə olunmamışdır.
Ətraflı...

2011-04-13. RESPUBLİKA ELMİ TƏDQİQATLARIN TƏŞKİLİ VƏ ƏLAQƏLƏNDİRİLMƏSİ ŞURASININ EKOLOGİYA ELMLƏRİ ÜZRƏ PROBLEM ŞURASININ İCLASI KEÇİRİLİB
Aprelin 12-də AMEA Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının (RETTƏŞ) Ekologiya Elmləri üzrə Problem Şurasının iclası keçirilib.
Ətraflı...

2011-04-12. “AZƏRBAYCANDA MÜLKİYYƏT HÜQUQULARININ TƏMİNATI SAHƏSİNDƏ VƏZİYYƏT” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
09 aprel 2011-ci il tarixində ATƏT-in Bakı Ofisinin, Almaniyanın GİZ təşkilatının və Azərbaycan Hüquqşünasları Konfederasiyasının təşkilatçılığı ilə “Landmark” mehmanxanasının “Rotunda” zalında “Azərbaycanda mülkiyyət hüquqlarının təminatı sahəsində vəziyyət” mövzusunda dəyirmi masa keçirilmişdir.
Ətraflı...

2011-03-18. MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİNƏ NOVRUZ SOVQATI
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 01 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın 2.23-cü bəndinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi 2011-ci ilin mart ayının 17-də Novruz bayramı münasibəti ilə Ağsu rayonunda olmuş, həmin rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə kollektivin yardımını çatdırmışdır.
Ətraflı...

2011-03-04. BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ” FAKÜLTƏSİNİN AÇILIŞI OLMUŞDUR
Bakı Dövlət Universitetində (BDU) “Ekologiya və torpaqşünaslıq” fakültəsinin, “Ekoloji kimya və ətraf mühitin mühafizəsi”, həmçinin ekoloji monitorinq üzrə laboratoriyaların açılışı olmuşdur.
Ətraflı...

2011-03-04. QƏRİB MƏMMƏDOV: “YAXIN VAXTLARDA RUSİYA-AZƏRBAYCAN SƏRHƏDDİNİN DEMARKASİYASINA BAŞLANILACAQ”
“Yaxın vaxtlarda Rusiya-Azərbaycan sərhəddinin demarkasiyasına başlanılacaq”- bu barədə məlumat verən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, iki ölkə arasında sərhədləri müəyyənləşdirən sərhəd müqaviləsi ratifikasiya üçün Rusiyanın Dövlət Dumasına təqdim olunub...
Ətraflı...

2011-03-03. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNİN SƏDRİ: “KEŞİKÇİ DAĞINDAKI KİLSƏ AZƏRBAYCANIN TARİXİ ABİDƏSİDİR”
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı növbəti danışıqların Tiflisdə keçirilməsi nəzərdə tutulur. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.
Ətraflı...

2011-03-03. “TORPAQ KADASTRI” İLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
24-27 fevral 2011-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “Torpaq Kadastrı” ilə bağlı seminar keçirilmişdir. Seminarda iki ölkə arasında torpaq kadastrı ilə bağlı yeni texnologiyaların, proqram təminatlarının tətbiqi müzakirə olunmuşdur.
Ətraflı...

2011-03-02. “KOMPLEKS ATLAS” YEKUNLAŞMAQ ÜZRƏDİR, NÖVBƏ “AZƏRBAYCANIN MİLLİ ATLASI"NINDIR
2009-2010-cu illərdə bir sıra xəritələr, o cümlədən ilk dəfə olaraq “Naxçıvanın tarixi atlası”, Azərbaycanın “Turist Atlası” və Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə əlaqədar olaraq “Ekoloji Atlas” nəşr edən Bakı Kartoqrafiya Fabrikində hazırda “Kompleks Atlas” üzərində son tamamlama işləri gedir.
Ətraflı...

2011-02-24. COGRAFİ ADLAR ÜZRƏ CƏNUB-QƏRBİ ASİYA ŞÖBƏSİNİN IX REGİONAL KONFRANSI KEÇİRİLƏCƏK
27 fevral 2011-ci tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Cənub-Qərbi Asiya şöbəsinin IX regional konfransı keçiriləcəkdir.
Ətraflı...

2011-02-07. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ 2010-CU İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLDİ
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2011-ci il 07 fevral tarixində 2010-cu ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirildi. Kollegiya iclasını giriş sözü ilə açan Komitə sədri cənab Qərib Məmmədov Azərbaycan dövlətçiliyinin memarı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, təşəbbüsü və Azərbaycan xalqına diqqət və qayğısının nəticəsi olaraq həyata keçirilməyə başlanmış...
Ətraflı...

2011-01-19. DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLDİ
Yanvar ayının 19-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 20 yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi və struktur vahidlərinin işçiləri iştirak etmişlər.
Ətraflı...

|